Hispania C.Mondinini testlərə dəvət edib

Narain Kartikeyanla müqavilə imzaladıqdan sonra Hispania komandasından hər şey gözləmək olar – ispaniyalılar heç kimi aldatmırlar. Barselona testlərində bu gün […]

Narain Kartikeyanla müqavilə imzaladıqdan sonra Hispania komandasından hər şey gözləmək olar – ispaniyalılar heç kimi aldatmırlar. Barselona testlərində bu gün komanda Vitantonio Liutsi ilə işləyib, sabaha isə 30 yaşlı isveçrəli Corcio Mondini dəvət olunub.

Mondini 2004-cü ildə Renault Dünya seriyasında titul qzandıqdan sonra gücünü GP2-də sınayıb və 2006-cı ildə Midland komandasının test sürücüsü kimi 9 Qran Pridə cümə sərbəst yürüşlərinə çıxıb. Sabah Corcio Hispania maşınını trasa çıxaracaq…