Ferrari yeni istedadlı mühəndislər axtarır?

Ferrari komandası mövsümə Maranellonun gözlədiyi kimi başlamayıb, ona görə də komanda ciddi kadr islahatlarına start verib. Komandanın sürücüləri 2007-ci ildən […]

Ferrari komandası mövsümə Maranellonun gözlədiyi kimi başlamayıb, ona görə də komanda ciddi kadr islahatlarına start verib. Komandanın sürücüləri 2007-ci ildən titul qazana bilmirlər və aydındır ki, islahatlar vəziyyəti dəyişmək üçün nəzərdə tutulub.

Skuderiyanın başçısı Stefano Domenikali təsdiq edib ki, Aldo Kostanın texniki direktor vəzifəsindən uzaqlaşdırılması və Pət Frayın yeni şassinin hazırlanmasına təhkim olunması böyük kadr islahatının bir hissəsidir, çünki komanda bütün sahələrdə texniki rəhbərliyi bərkitməyə ehtiyac duyur.

Autosport-un jurnalistinin – “digər komandalardan mütəxəssis dəvət edəcəksinizmi?” – sualını Domenikali belə cavablandırıb: “Bizim əsas məqsədimiz strukturumuzu təminatlı bərkitməkdir. Biz bütün təşkilatın stabilliyinə çalışırıq, ona görə də yalnız rəhbər vəzifələrə namizədlər deyil, həm də yaxşı mütəxəssislər axtarırıq ki, müxtəlif sahələrdə bizim işimizi gücləndirsinlər.”

Autosport-un məlumatına görə, Ferrari baş konstruktor vəzifəsinə də mütəxəssis axtarır. İstisna deyil ki, hazırda bu vəzifəni tutan Nikolas Tombasis bütün gücünü aerodinamika məsələlərinin həll olunmasına yönəldəcək, çünki Domenikali bu həlledici istiqamətdə işlərin effektliyini qaldırmaq niyyətindədir. Ekspertlərin fikrincə, bu yerə real namizəd Williams komandasını tərk etməyə hazırlaşan Con Tomlinsondur.

Çox güman ki, McLaren-dən gəlmiş Fray bəzi namizədlərin seçimində rol oynayacaq və ehtimal etmək olar ki, vaxtilə bir yerdə çalışdıqları mütəxəssislərə daha çox üstünlük verəcək. Autosport istisna etmir ki, belə namizədlərdən biri McLaren-in texniki direktoru Pəddi Lou ola bilər, hərçənd, britaniyal mütəxəssisin Ferrari-nin təklifini qəbul etməsi inandırıcı deyil…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*