Ferrari soyutma sistemləri üzərində işləyir

Ferrari mühəndisləri F10-un soyutma sistemlərinin effektliyinin artırılması üzərində işləyirlər. Yaxın yarışların bəzisi isti havada keçə bilər, ona görə də komanda […]

Ferrari mühəndisləri F10-un soyutma sistemlərinin effektliyinin artırılması üzərində işləyirlər. Yaxın yarışların bəzisi isti havada keçə bilər, ona görə də komanda aerodinamik effektliyi saxlamaqla motorun soyudulmasını yaxşılaşdırmalıdır.

Bəhreyndə Skuderiyanın hər iki maşınında sıralanma turundan sonra motor dəyişdirilmişdi, yarışın son dövrələrində isə Felipe Massanın maşınında motorun qızması ilə problemlər yaşanmışdı və sürücü sürətini azaltmışdı. Çətinliklər maşının yanacaq bakının böyüməsi ilə əlaqədar olaraq arxa hissədə bir çox elementlərin sıx yığılması ilə bağlıdır. Asfalta yatma qüvvəsini artırmaq üçün mühəndislər aerodinamikanı optimallaşdırıblar, amma soyutma effektliyi qurban verilib.

Stefano Domenikali: “Motorların qızma problemləri aerodinamika ilə bağlıdır. Bəhreyndə qələbə dublu qazanmaq əla nəticədir, amma üzə çıxmış problemlərin siyahısı çox böyükdür və bu problemləri növbəti uik-endə kimi həll etmək lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*