17 İyun 2019, Bazar ertəsi - 16:59

Ferrari mətbuatın şərhlərinə reaksiya verib

Ferrari mətbuatın şərhlərinə reaksiya verib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:48 - 03 May, 2010

Çin Qran Prisində hamının diqqətini çəkən epizodlardan biri də Fernando Alonsonun pit-leynin girişində gerçəkləşdirdiyi manevr olub: ispaniyalı sürücü öz komanda […]

Çin Qran Prisində hamının diqqətini çəkən epizodlardan biri də Fernando Alonsonun pit-leynin girişində gerçəkləşdirdiyi manevr olub: ispaniyalı sürücü öz komanda yoldaşı Felipe Massanı qabaqlamaqla komandanın boksu önündə braziliyalı sürücünün vaxt itirməsinə səbəb olub. Skuderiyanın mətbuat xidməti bu münasibətlə rəsmi bəyanat yayıb…

Bəyanatda deyilir: “Bəzi kütləvi informasiya vasitələri Çin Qran Prisindən dərhal sonra Felipe Massanın söylədiklərini təhrif edərək yayıblar. Aydındır ki, Fernando Alonso komanda yoldaşını pit-leynin girişində keçdikdən sonra, kimsə iki sürücünün arasını vurmaq istəyir.

Yarışdan sonra hər iki sürücü aydın bildiriblər ki, bu epizod onların münasibətlərinə təsir etməyəcək. Felipe və Fernando Avropaya eyni təyyarədə qayıdırlar, Skuderiyanın texniki personalı ilə birlikdə.”

Komandanın nümayəndəsi Şanxaydan telefonla bildirib: “Bazar günü yarışda baş verənlər sadəcə olaraq Qran Prinin epizodlarından biri idi və bunu elə beləcə də qəbul etmək lazımdır. Bizim sürücülər bilirlər ki, trasda özünü necə aparmaq lazımdır və indi onlar bunu bir daha nümayiş etdirdilər. Əlbəttə, onların hər ikisi qələbə qazanmaq istəyir və hər ikisi yarışı tam gücü ilə keçirir, lakin onlar sadə bir qaydaya hörmət edirlər: komandanın mənafeyi şəxsi mənafedən üstündür…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 257
Teqlər
Paylaş

logo