Ferrari F.Massanın maşınında ötürmələr qutusunun plombunu sındırıb

Bu gün səhər tezdən gəzən şayiələr təsdiq olunub – Ferrari Felipe Massanın start mövqeyini Fernando Alonsonun xeyrinə qurban verib. Dünən […]

Bu gün səhər tezdən gəzən şayiələr təsdiq olunub – Ferrari Felipe Massanın start mövqeyini Fernando Alonsonun xeyrinə qurban verib.

Dünən Massa sıralanma turunda yeddinci olmuşdu, titul uğrunda mübarizə aparan Alonso isə yalnız doqquzuncu nəticə göstərə bilmişdi. Roman Qrojan ötürmələr qutusunun dəyişdirilməsinə görə aldığı 5 yerlim cərimədən sonra ispaniyalı sürücü səkkizinci yerdən start almalı idi – Ostin trasında cüt start yerləri çox çirklidir. Amma bu gün səhər Ferrari komandası Massanın maşınında ötürmələr qutusunun plombunu sındırıb. Formal olaraq bu hərəkət qutunun dəyişdirilməsinə bərabər tutulur, ona görə də Felipe də start düzümündə 5 yer itirəcək, Alonso isə yarışa artıq 7-ci yerdən başlayacaq.

Ferrari-nin nümayəndəsi SkySports-un efirində bildirib ki, “Bütün sürücülər trasın çırkli hissəsindən start almaq istəmirlər və biz Fernandonun imkanlarını maksimum artırmaq üçün əlimizdən gələni etməliydik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*