Ferrari C.Battonla maraqlanır

Biz artıq xəbər vermişdik ki, Ferrari Felipe Massanı əvəz edə biləcək sürücü axtarır, çünki braziliyalı sürücünün nəticələri komandanı qane etmir […]

Biz artıq xəbər vermişdik ki, Ferrari Felipe Massanı əvəz edə biləcək sürücü axtarır, çünki braziliyalı sürücünün nəticələri komandanı qane etmir və əsas namizədlərdən biri kimi 2009-cu ilin çempionu Censon Batton nəzərdən keçirilir. Aydındır ki, britaniyalı sürücünün Kanadada gözəl qələbəsindən sonra bu mövzu yenidən mətbuatın ilk səhifələrinə qayıdıb: bu gün Londonun News Of The World qəzetində “Ferrari Censonu qaralayıb” adlı məqalə çap olunub…

Qəzetdə anonim mənbəyə istinadən yazılıb: “Ferrari-də Battonu almaq barədə çox danışırlar. Artıq müəyyən olunub ki, onunla müqavilə bağlamaq mümkündür. Komanda başa düşür ki, yenidən titulu qazanamq üçün Fernando Alonsoya Massadan güclü komanda yoldaşı lazımdır.

Censonun McLaren-dəki çıxışları Skuderiyanı əmin edib ki, britaniyalı sürücü qırmızı kombinezonda da qələbə qazana və mütəmadi podiuma qalxa bilər.”

Qəzetin bildirdiyinə görə, Battonun McLaren-lə üçillik müqaviləsinin illik dəyəri 6 milyon funt sterlinqdir və gələn ilin sonunda başa çatır. Amma, deyəsən, bu vəziyyət Censona sərf edir, çünki gələn il o, komandanın birinci sürücüsü ola bilər – Lyuis Həmiltonun Red Bull-a və ya Mercedes GP-yə keçməsi istisna olunmur.

Digər tərəfdən, əgər Batton Ferrari-nin təklifini qəbul edərsə, əmək haqqı artacaq. Maraqlıdır ki, 2008-ci ilin sonunda Honda konserni Formula1-i tərk edərkən Batton Skuderiyaya özünü təklif etmişdi, amma o zaman Ferrari-də heç ehtiyat sürücü yeri də yox idi və 2009-cu ildə Censon Brawn GP ilə titul qazanmışdı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*