19 Oktyabr 2019, Şənbə - 13:36

Ferrari azarkeşlər üçün müsabiqə elan edib

Ferrari azarkeşlər üçün müsabiqə elan edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:53 - 18 Yanvar, 2016

Keçən həftə biz xəbər vermişdik ki, Ferrari komandasının mətbuat xidməti rəsmi saytında cəlbedici xəbər yerləşdirərək gerisayıma start vermişdi – komanda azarkeşlərini hansısa vacib bir tədbirin intizarında qoymuşdu. Ehtimallar içində hətta yeni maşının təqdimatı da var idi, amma hər şey çox sadə alınıb.

Bu gün Skuderiya fevralın 7-dək davam edəcək müsabiqənin başlanmasını elan edib. Müsabiqədə iştirak etmək üçün xüsusi səhifədə qeydiyyatdan keçmək lazımdır. Bundan sonra Twitter, Facebook və İnstagram hesablarından #ReadySetRed həştəqli xəbərlər paylaşmaq lazımdır. Xəbər, status, tvit, statusların sayı nə qədər çox olarsa, iştirakçı bir o qədər çox xal toplayar.

F-1.az bildirir ki, fevralın 12-də ən çox xal toplayan on azarkeşin adı məlum olacaq, Bu onluğa mükafat olaraq, komandanın 2016-cı il mövsümü üçün hazırladığı maşının onlayn təqdimatı zamanı videokonferensiyada iştirak etmək hüququ olacaq. Amma yeni maşının təqdimat tarixi və indeksi barədə heç bir məlumat verilməyib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 497
Teqlər ,
Paylaş

logo