S.Fettel: Komanda sözündə durmadı

Ferrari komandasının sürücüsü Fettel Yubiley yarışındakı strategiyaya görə komandasını tənqid edib.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışı 12-ci yerdə bitirib.

Sebastyan Fettel: “Yarışdan əvvəl danışmışdıq ki, trafikə düşəcəyim halda, pit-stop etməyək. Lakin bunu etdik. Heç 10 tur istifadə etdiyim Hard təkərə keçdik. Mənası yox idi. Sonra da 20 dövrə Medium təkərlə sürdüm. Bu barədə danışmışdıq. Yaxşı iş olmadı.

Düzünü desəm, Silverstounda iki yarışda da tempim eyni idi. Heç nə inkişaf etməyib. Sadəcə keçən həftəyə nisbətən özümü yaxşı hiss edirdim. İndi isə növbəti yarış barədə düşünməliyik. Son iki həftə çox pis keçdi. Bir az qəribə oldu. Əsəblərim pozulub. İlk dövrədə yerimdə fırlanmaq pis oldu. Deyəsən porebrikə hücum edərkən oldu. Asfaltla ilişmə itdi və yerimdə fırlandım. Təəccüblü idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*