Monako Qran Prisi günlərində Formula1-in paddokuna Flavio Briatore baş çəkib – bu səfər yeni FİA rəhbərliyinin siyasətini simvolizə edir. Əgər Maks Moslinin dövründə federasiya Renault komandasının keçmiş başçısını ömürlük avtoidmandan, FİA-nın keçirdiyi hər bir tədbirdən uzaqlaşdırmışdısa, Jan Todt jurnalistlərə bildirib ki, Flavio istədiyi yarışa baş çəkə bilər, çünki hazırda Formula1-in heç bir komandası ilə işləmir.
Düzdür, paddoka giriş vəsiqəsini Todt deyil, Ekklstoun imzalayıb – bu uik-end Briatore şəxsi qonaq statusundadır və günorta Bernini Force Blue yahtasında nahara dəvət edib.
Monako limanına Kimi Rəykkönenin İceman yahtası da yan alıb. Finlandiyalı sürücü göyərtədə dostları ilə görünüb, amma mətbuatla ünsiyyətdən qaçıb…