F.Alonso: “Qaydaları dəyişməyə tələsmək lazım deyil”

Avstraliya Qran Prisi ərəfəsində çempionatın lideri Fernando Alonso öz bloqunda Albert Park və müasir Formula1-in aktual problemləri barədə fikirlər söyləyib… […]

Avstraliya Qran Prisi ərəfəsində çempionatın lideri Fernando Alonso öz bloqunda Albert Park və müasir Formula1-in aktual problemləri barədə fikirlər söyləyib…

Fernando Alonso: “Mən Avstraliyaya bir neçə gün əvvəl gəlmişəm – Bəhreyndən birbaşa bura gəldim, çünki dincəlmək istəyirəm – Melburndan bir həftə sonra Malaziya yarışı olacaq. İndi mən mövsümün ikinci Qran Prisinə hazıram.

Bütün bu günlərdə mən komanda ilə əlaqə saxlamışam və bilirəm ki, Maranelloda gərgin iş gedir. Bəhreyndə qazandığımız qələbə dublu bizə inam verib və mövsümöncəsi əməyimizin layiqli qiyməti ooldu. Amma rahatlanmaq olmaz.

Biz hər şeyə real baxmalıyıq: Melburnda biz hər şeyi yenidən başlayacayıq. Mənim üçün heç nə dəyişməyib: qələbə uğrunda dörd komanda və səkkiz sürücü mübarizə aparacaq və biz maksimum çalışmalıyıq ki, bütün rəqiblərimizi qabaqlaya bilək.

Albert Park həmişə mənim xoşuma gəlib, bu tras yüksək ustalıq tələb edir, burda bir neçə maraqlı döngə var. Bu trasda ötmə həmişə çətin olub, ona görə də Melburnda, elə bütün şəhər traslarında olduğu kimi, sıralanma turu vacib olacaq. Biz temperaturdan və yanacağın miqdarından asılı olaraq təkərlərin davranışını öyrənməliyik – vəziyyət mövsümöncəsi testlərdən və Bəhreyndən fərqli olacaq.

Məncə, Bəhreyn yarışının finişindən sonra bir çoxumuz artıq şeylər danışmışıq. Düzdür, yarış doğrudan da darıxdırıcı keçdi – hərçənd, Ferrari üçün əla nəticə alındı – amma hələlik qaydalara dəyişiklik edilməsindən danışmaq çox tezdir. Gözləmək lazımdır, bir neçə yarışa baxaq, vəziyyəti qiymətləndirək, bu zaman hissiyatları kənara qoymaq lazımdır. Reqlamentin daim dəyişdirilməsi azarkeşlərin xoşuna gəlməyəcək.

Melburn yarışı mənim sevimli yarışlarımdan biridir, paddokdakı və bütün şəhərdəki atmosferə görə. Trasda daim nəsə baş verir və dolu tribunaları görmək həmişə xoşdur. Ümid edirik ki, biz burda da azarkeşlərimizi sevindirə biləcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*