F.Alonso jurnalistlərə müraciət edib

Madonna di Kampilyoda mətbuatla görüşündə Fernando Alonso yalnız yarış mövzusunda danışmayıb, sürücü həm də şəxsi həyat hüququnu müdafiə etməli olub. […]

Madonna di Kampilyoda mətbuatla görüşündə Fernando Alonso yalnız yarış mövzusunda danışmayıb, sürücü həm də şəxsi həyat hüququnu müdafiə etməli olub. Jurnalistlərdən biri ailə həyatının dağılmasına səbəbin Maranelloda çox vaxt keçirməsi ilə əlaqədar olması barədə soruşub…

Fernando Alonso: “Mən heç bir vaxt şəxsi həyatım barədə danışmamışam və bu gün də bunu etməyəcəm. Məsələn, mən tez-tez müxtəlif mənbələrdən eşidrəm ki, vaxtımı filan yerdə keçirirəm, hərçənd, həmin vaxt mən orda olmuram. Bu yaxınlarda hansısa qəzetdə yazmışdılar ki, mən qış tətilimi Ovyedoda keçirirəm, hərçənd, həmin vaxt mən Seqoviya yaxınlığındakı Los Anceles di San Rafaeldə dincəlirdim. Bunu məsələyə aydınlıq gətirmək üçün deyirəm.

Ümumiyyətlə, mənim barədə birinci dəfədir ki, bu qədər şayiə və əfsanələr danışılır və bu, mənim xoşuma gəlmir. Rakel (Alonsonun keçmiş həyat yoldaşı) və mən hamıdan xahiş etdik ki, bizim şəxsi həyat hüququmuza hörmət edəsiniz, amma artıq bir neçə saatdan sonra internet xoşagəlməz yazılarla dolu idi, onlardan bəzi isə o qədər absurd idi ki, gülməkdən özümüzü saxlaya bilmirdik.

Düşünmürəm ki, bu hal uzun müddət davam edəcək, çünki inana bilmirəm ki, mənim şəxsi həyatım bu dəərəcədə maraqlıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*