C.Rassell harada yarışacağını bilir

Williams komandasının sürücüsü Corc Rassell bildirib ki, Belçika yarışından əvvəl növbəti mövsüm harada yarışacağını öyrənib.

F-1.az xatırladır ki, Corc Rasselin Mercedes-ə keçəcəyi və Valtteri Bottası əvəzləyəcəyi ehtimal olunur.

Corc Rassell: “Hazırda hər şey olduğu kimidir və mən heç nə açıqlaya bilmərəm. Lakin gələn il harada yarışacağımı bilirəm. Spa-dan əvvəl mənə sözlü formada deyildi. Sizə yalan deməyəcəm, amma düzünü də deməyəcəm. Bir dənə onu deyə bilərəm ki, gələn il harada yarışacağım artıq məlumdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*