F.Alonso Ferrari ilə müqaviləsini daha 4 il uzadıb

İspaniya Qran Prisi ərəfəsində Ferrari komandası və Fernando Alonso elan ediblər ki, müqavilələrini 2016-cı ilin sununadək uzadıblar… Luka di Montedzemolo: […]

İspaniya Qran Prisi ərəfəsində Ferrari komandası və Fernando Alonso elan ediblər ki, müqavilələrini 2016-cı ilin sununadək uzadıblar…

Luka di Montedzemolo: “Həmişə, hətta ən çətin vəziyyətlərdə belə, qalib mentaliteti nümayiş etdirən bir sürücü ilə əməkdaşlığın davamını elan etmək çox xoşdur. Fernandonun həm şəxsi, həm də peşəkar zəruri keyfiyyətləri var ki, Ferrari-nin tarixində lider rolunu oynasın və mən ümid edirəm ki, tezliklə o, bu tarixi qələbələrlə dolduracaq.”

Fernando Alonso: “Mən Ferrari ilə müqaviləni uzatdığım üçün xoşbəxtəm. Bu komanda mənə birinci gündən çox rahat oldu, indi isə mənim ikinci ailəmə çevrilib. Mən Maranelloda çalışan hər bir kəsə, həm də onlara başçılıq edən kəslərə inanıram. Mən əmin idim ki, nə zamansa Formula1 karyeramı başa vuracağım komanda ilə daha bir uzunmüddətli müqavilə bağlayacam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*