F.Alonso: “Bu mənim həyatımda ən yaxşı yarış idi”

Malayziyada Fernando Alonso maraqlı yarış gösrtərib. İspan sürücünün F10-unda hələ qızdırma dövrəsində ilişmə muftası imtina edib, amma yarış boyu o […]

Malayziyada Fernando Alonso maraqlı yarış gösrtərib. İspan sürücünün F10-unda hələ qızdırma dövrəsində ilişmə muftası imtina edib, amma yarış boyu o komanda yoldaşından geri qalmayıb və aktiv hücum edib, hərçənd, ötürmələri hər dəfə keçirərkən, qaz pedalına artıq basmaq gəlirmiş. Bu rejimdə işləyən motor finişə qədər dözməyib və işləməkdən imtina edib, amma mütəxəssislər ikiqat dünya çempionunun trasda mübarizəsini bəyəniblər, sürücü özü isə bu yarışı karyerasının ən yaxşı yarışı adlandırıb…

Fernando Alonso: “Bu gün mən çempionatda titul qazanmaq şanslarımı daha yüksək qiymətləndirirəm – hətta maşında ciddi problem ola-ola mən rəqiblərimlə təkər-təkərə mübarizə aparırdım, bu nikbin olmağa əsas verir. Mən belə rejimdə heç bir vaxt yarışmamışam, sürmə stilimi nasazlığa uyğunlaşdırdım, dövrələri yaxşı nəticə ilə keçməyə başladım. Düzdür, finişə çata bilmədim, amma bu mənim həyatımda ən yaxşı yarış idi.

Üç Qran Pridən sonra vacib deyil ki, çempionatda kim liderlik edir, mən üç əla uik-end keçirdim və bilirəm ki, ən güclü 3-4 rəqiblə mübarizə apara bilərəm. Daha bir yaxşı uik-end və mən liderliyi qaytaracam, mən buna əminəm!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*