D.Rikkardo: “İşləmək üçün darıxmışam”

Daniel Rikkardo bildirib ki, 2017-ci ilin başlamasını istəyir və işləmək üçün darıxdığını əlavə edib.

F-1.az xatırladır ki, gələn ildən etibarən texniki reqlamentdə yeniliklər olacaq və komandaların hansı gücdə olacağına proqnoz yoxdur.

Avstraliyalı bildirib ki, bu hal onu həyəcanlandırır: “Düşünürəm ki, mənim üçün 2017-ci il daha əyləncəli olacaq. Daha çox idman etməli olacayıq və buna görə şikayət etmirəm. Son illərdə çəkimizi nəzarətdə saxlamaq üçün idman edirdik və bu hal artıq bizi darıxdırırdı. Yeni mövsümdə bu halın dəyişəcəyinə görə sevincliyəm.

Mövsümün başlamasına çox var və yaxşı hazırlaşmağım üçün əla fürsətim var. Bu fürsətdən istifadə edib, mövsümə yaxşı başlamaq istəyirəm.

Təqvimdə yarış çox olduğu üçün idman etmək üçün vaxtımız olmur. Buna görə də idman məsələsini fasilədə həll etmək istəyirəm. Ümid edirəm ki, 2017-ci ildə hər şey daha yaxşı gedər və qələbələr qazanarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*