F.Alonso: Mövsümsonu testləri vacibdir

İkiqat Dünya Çempionu Fernando Alonso sabah Aston Martin-in sükanı arxasına keçmək üçün səbirsizlənir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sabah mövsümsonu testləri üçün Aston Martin-in bolidini sürəcək. O artıq oturacaq sazlanması da edib.

Fernando Alonso: “Mövsümsonu testləri həmişə vacibdir. Xüsusən də növbəti mövsüm sürəcəyiniz maşına öyrənmək üçün əladır. Gələnilki maşını tanımaq üçün Bəhreyndə cəmi günyarım vaxtımız olacaq.

Aston Martin layihəsi yaxşı gedir. Yeni insanlar transfer edirlər, yeni bazalar tikirlər və pul qoyurlar. Düşünürəm ki, gözəl günlər görəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*