F.Alonso: “Brawn GP tam gücünü göstərmir”

İkiqat dünya çempionu Fernando Alonso jurnalistlərə çempionatdakı vəziyyəti şərh edərkən qarşıdakı uik-endin çempionatda qüvvələr nisbətinin son bölgüsünün müəyyənləşməsində vacibliyini vurğulayıb… […]

İkiqat dünya çempionu Fernando Alonso jurnalistlərə çempionatdakı vəziyyəti şərh edərkən qarşıdakı uik-endin çempionatda qüvvələr nisbətinin son bölgüsünün müəyyənləşməsində vacibliyini vurğulayıb…

Fernando Alonso: “İstanbul trası mürəkkəbdir, amma Monakodan sonra bu tras bizə başa düşməyə imkan verəcək ki, biz nəyə qadirik. Hər şey şənbə günü məlum olacaq, komanda ciddi işləyir və biz inkişafımızı görmək istəyirik.

İstanbul Parkda qələbə uğrunda mübarizə aparmaq hətta Ferrari üçün çətin olacaq – Brawn GP sürücüləri tam güclərini göstərmirlər, onlar sadəcə yarışın gedişinə sakitcə nəzarət edirlər. Arxada qalan yarışlarda dövrələri keçmə göstəricilərinə baxın – tam məsafədə onlar stabil orta sürətlə hərəkət edirlər, yalnız lazım olan anda lazım olan sürəti nümayiş etdirirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*