L.Həmilton qorxur

Mercedes komandasının sürücüsü Lyuis Həmilton son yarışlarda güclənən Red Bull-dan çəkinir.

F-1.az xatırladır ki, Maks Ferstappen son 3 yarışdan ikisində qalib gəlib və hazırda Həmiltondan 63 xal geridədir.

Lyuis Həmilton: “Bu insanlar 4 dəfə çempion olaublar və həmişə yaxşı maşınları olur. Ədrian Nyui kimi mühəndisləri var. Mövsümə nisbətən zəif mühərriklə və aşağı asfaltayatmaq qüvvəsi ilə başlasalar da, bu problemləri həll etdilər. Son yarışlar onlar üçün daha əlverişlidir. Avstriyada Red Bull-un paketi daha yaxşı idi. Bu həftəsonu da eyni cür ola bilər. Sinqapurda da güclü olacaqlar. Montsada da əvvəlki illərə nisbətən daha yaxşı performans göstərəcəklər. Yeni güc qurğuları var. Honda bizdən zəif deyil. Hətta, bəzi traslarda bizdən güclüdür. Başqa traslardakı performansları maraqlıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*