22 Avqust 2019, Cümə axşamı - 19:43

F111 Melburnda debüt edəcək

F111 Melburnda debüt edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:59 - 17 Mart, 2011

Mövsümün startına qədər komandalar üçün yeni maşınla işləməyin bir neçə icazə verilmiş variantı var – qrup və ya şəxsi testlər, […]

Mövsümün startına qədər komandalar üçün yeni maşınla işləməyin bir neçə icazə verilmiş variantı var – qrup və ya şəxsi testlər, düz yollarda aerodinamik yoxlamalar, tərəfdaş və sponsorlar üçün videoçəkilişlər.

Hispania komandası Barselona testlərində yeni maşınını təqdim etsə, F111 trasa çıxa bilməmişdi – səbəb kimi komanda Amerikadan göndərilmiş amortizatorların gömrükdə ilişib qalmasını göstərmişdi. Bir çoxları hesab edirdilər ki, komanda maşınları Melburna göndərməzdən əvvəl Avropada debüt edəcək, amma bu gün məlum olub ki, F111 “ilk addımlarını” Qran Prinin cümə sərbəst yürüşlərində atacaq. Əlbəttə, əgər gömrükdə heç nə ilişib qalmasa…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 255
Teqlər
Paylaş

logo