FİA 19 yarışlıq təqvimi anons edib

Bu gün Ümumdünya Şurası gələn mövsümün 19 yarışlıq təqvimini təsdiq edib. Mövsüm martın 14-də Bəhreyndə başlayacaq, Kanada Qran Prisinin qayıtması […]

Bu gün Ümumdünya Şurası gələn mövsümün 19 yarışlıq təqvimini təsdiq edib. Mövsüm martın 14-də Bəhreyndə başlayacaq, Kanada Qran Prisinin qayıtması təsdiq olunub, amma tarixi şərti göstərilib – əgər FOM və tras rəhbərliyi müqaviləni imzalamasalar, onda Türkiyə Qran Prisi mayın 30-da deyil, iyunun 6-da keçiriləcək. Bundan başqa təqvimdə Cənubi Koreya mərhələsi peyda olub, mövsüm noyabrın 14-də Braziliyada başa çatacaq…

Gələn mövsüm təqviminin ilkin versiyası:
1. 14 mart – Bəhreyn Qran Prisi (Saxir)
2. 28 mart – Avstraliya Qran Prisi (Melburn)
3. 4 aprel – Malayziya Qran Prisi (Sepanq)
4. 18 aprel – Çin Qran Prisi (Şanxay)
5. 9 may – İspaniya Qran Prisi (Barselona)
6. 23 may – Monako Qran Prisi (Monte Karlo)
7. 30 may – Türkiyə Qran Prisi (İstanbul)
8. 13 iyun – Kanada Qran Prisi (Monreal)
9. 27 iyun – Avropa Qran Prisi (Valensiya)
10. 11 iyul – B.Britaniya Qran Prisi (Doninqton)
11. 25 iyul – Almaniya Qran Prisi (Hokkenhaym)
12. 1 avqust – Macarıstan Qran Prisi (Hunqarorinq)
13. 29 avqust – Belçika Qran Prisi (Spa)
14. 12 sentyabr – İtaliya Qran Prisi (Monsa)
15. 26 sentyabr – Sinqapur Qran Prisi (Sinqapur)
16. 03 oktyabr – Yaponiya Qran Prisi (Suzuka)
17. 17 oktyabr – Cənubi Koreya Qran Prisi (Seul)
18. 31 oktyabr – Abu Dabi Qran Prisi (Abu Dabi)
19. 14 noyabr – Braziliya Qran Prisi (İnterlaqos)

Avstraliya və Abu Dabi Qran Priləri yerli vaxtda saat 17:00-da, Malayziya Qran Prisi saat 16:00-da, Sinqapur Qran Prisi isə saat 20:00-da başlayacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*