Mercedes AMG Barselonada şəxsi testlər keçirib

Bu gün Mercedes AMG komandası Barselona trasında şəxsi testlər keçirib: səhər W03-ün sükanı arxasında Mixael Şumaher işləyib, nahardan sonra isə […]

Bu gün Mercedes AMG komandası Barselona trasında şəxsi testlər keçirib: səhər W03-ün sükanı arxasında Mixael Şumaher işləyib, nahardan sonra isə onu Niko Rosberq əvəz edib.

Komandanın mətbuat xidməti Twitter-dəki mikrobloqunda xəbər verib ki, “yeni maşın 300km-dən artıq məsafə qət edib, səbirsizliklə rəsmi təqdimatı gözləyirik.”

Komanda bildirib ki, mövsümöncəsi testlərin birinci sessiyasında keçənilki maşınla yalnız 3 gün işlədiyi üçün Barselonada bir gün əlavə işləmək icazəsi alıb və bu gün tam testlərdə işləyib. Yəni adi “çəkiliş günü” adlanan testlərdən fərqli olaraq komanda Pirelli nümayiş təkərlərindən deyil, yeni mövsümə hazırladığı təkərlədən istifadə edib, həm də qət edilən məsafəyə heç bir məhdudiyyət olmayıb…

Müzakirə bağlıdır.