F.Kolapinto Williams-ın akademiyasına qatılıb

Argentinalı Franko Kolapinto artıq Williams komandasının Gənc Sürücü Proqramında olacaq.

F-1.az xatırladır ki, argentinalı sürücü F4 üzrə İspaniya Çempionu olub. Bundan başqa Formula Renault Eurocup və Formula Regional Avropa Çempionatında üçüncü olub. O, keçən il Formula3-də yarışıb və mövsümü iki qələbə, beş podiumla doqquzuncu yerdə bitirib.

Gənc sürücü artıq Williams-ın Gənc Sürücü Proqramına qatılıb və o komandanın developer sürücüsü olacaq.

Franko Kolapinto: “Akademiya sürücüsü kimi Williams-a qatılmaq gözəl haldır. Onlar Formula1 tarixinin ən uğurlu komandalarından biridir. Mən də Karlos Rötemannın izi ilə getmək istəyirəm. Mənə inandıqları üçün Williams-a təşəkkür edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*