F.Banyaya: 2023-cü il motosikleti daha aqressivdir

MotoGP üzrə 2022-ci ilin Dünya Çempionu Françesko Banyaya düşünür ki, 2023-cü il motosikletinin asfaltla ilişməsi keçənilkinə nisbətən daha aqressivdir.

F-1.az xatırladır ki, Ducati keçən ilə çətin başlanğıc etsə də, mövsümün sonunda ən sürətli motosiklet onlarda idi. “Qırmızılar” bu il də sürətli görünürlər. Belə ki, Banyaya keçən həftə Sepanqda keçirilən qış testlərini ikinci yerdə bitirib.

Françesko Banyaya: “Görülən işə görə çox sevincli və qürurluyam, çünki hər şey yüksək səviyyədə idi. Lakin testlərin son günündə bütün sahələrdə problemlər var idi.

Testin son saatında elektronika hissəsində böyük dəyişiklik etdik və gözəl addım atdıq. Bu dəyişikliklərdən sonra dövrəvi nəticələrimiz işlənmiş təkərlərlə 1.59.1, 1.59.0 civarında idi. Buna görə sevinirəm.

Nahardan sonra gərgin olduğum üçün sürətlənmədə çətinlik çəkirdim, çünki motosiklet çox sürüşürdü. Lakin bunu həll etdik. Hər şey 2022-ci il motosikletini xatırladırdı, amma sürətli versiyasını…

Növbəti hədəf daha bir addım atmaqdır. Çatışmayan şey isə asfaltla ilişmədir, çünki 2022-ci il motosikletində ilişmə daha yaxşı idi. GP23 daha aqressiv və gərgindir. Portimaoda buna köklənməliyik, çünki o trasda ilişmə çox vacibdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*