F.Alonso daha 3 il yarışmaq istəyir

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, daha 3 il Formula1-də qala bilər.

 

F-1.az xatırladır ki, ispaniyalı sürücünün bu il 41 yaşı olacaq.

Fernando Alonso: “Hələ görəcəyim çox iş var. Hazırda Formula1-də yarışmaqdan həzz alıram. Yarışları və digər şeyləri sevirəm, çünki Formula1 sadəcə trasda gördüyünüzdən ibarət deyil. Trasdan kənar tədbirlərə qatılmağı sevirəm. Buna görə də daha 2-3 il yarışa bilərəm. Yaş mənə problem yaratmır. Düzdür yaşlıyam, ancaq bu mənə təcrübə qazandırır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*