F.Alonso 40 saniyədən sürətli olub

Sürücülərin əfsanəvi İndianapolis trasında 500 millik marafona hazırlıqları davam edir.

F-1.az xəbər verir ki, dünən güclü külək sürücülərin işinə mane olmuşdu, cəmi 21 sürücü trasa çıxmış və çox az sayda dövrələr vurmuşdu.

Fernando Alonso da trasda 39 dövrə vurmuş və 28-ci dövrəsində 40.9961 saniyəlik nəticə göstərərək protokollarda 4-cü yeri tutmuşdu.

Bu gün hava yaxşılaşıb, külək sürücülərin işinə mane olmayıb. İkiqat dünya çempionu ilk dəfə 40 saniyədən sürətli olub – günü 96 dövrə ilə başa vuran ispaniyalı sürücü 74-cü dövrəsində 39.8902 nəticə göstərib və yenə də 4-cü olub.

Bütün məşq sessiyasını aşağıdakı videodan izləmək olar…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*