Ə.Souçek Virgin komandasının ehtiyat sürücüsüdür

Formula2-nin keçənilki çempionu Əndi Souçek Virgin Racing komandası ilə ehtiyat və test sürücü müqaviləsi imzalayıb, 24 yaşlı ispaniyalı sürücü portuqaliyalı […]

Formula2-nin keçənilki çempionu Əndi Souçek Virgin Racing komandası ilə ehtiyat və test sürücü müqaviləsi imzalayıb, 24 yaşlı ispaniyalı sürücü portuqaliyalı Alvaru Parenteni əvəz edib – Alvarunun sponsorlarından biri maliyyə vəsaitini ödəməkdən imtina edib. Souçek komanda ilə birlikdə Barselona testlərinə gələcək…

Əndi Souçek: “Mən həyəcanlı və şadam, Virgin komandası ilə müqavilə mənə imkan verəcək ki, Formula1 dünyasına öyrəşim – mən bu çempionatda karyeramı davam etdirməyi düşünürəm. Mən ümid edirəm ki, Timo Qlok və Luksa di Qrassidən çox şey öyrənəcəm, texniki brifinqlərdə və simulyatırda çox işləyəcəm.

Mən Con But və Nik Uirtə də minnətdarlıq etmək istəyirəm, komandanın bir hissəsi olmağa şadam. Ümid edirəm ki, mənim təcrübəm maşını təkmilləşdirməyə kömək edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*