Komandalar gələn ildən KERS-in ləğv olunmasına səs veriblər

Formula1 komandalarının assosiasiyası (FOTA) maliyyə baxımından səmərəsiz olduğu üçün gələn ildən KERS sistemindən istifadə olunmamasına səs verib. FİA prezidenti Maks […]

Formula1 komandalarının assosiasiyası (FOTA) maliyyə baxımından səmərəsiz olduğu üçün gələn ildən KERS sistemindən istifadə olunmamasına səs verib. FİA prezidenti Maks Moslinin növbəti inqilabi təklifi komandalar üçün çox baha başa gəlib və heç bir səmərə verməyib. Bu barədə son səsvermədə olduğu kimi KERS-i yalnız BMW dəstəkləyib – şirkət gələcəkdə bu texnologiyanı adi yol maşınlarına tətbiq etməyi nəzərdə tuturdu, amma hazırda komanda yarışlarda sistemdən istifadə etmir…

Mario Tayssen: “Biz əvvəlki kimi KERS-in lehinə səs verdik, amma FOTA-nın digər qərarlarında olduğu kimi bu məsələdə də biz çoxluqla razıyıq.”

Stefano Domenikali: “Biz qənaət barədə və başqa komandaların maraqları barədə düşünürük. Hazırda yalnız biz və McLaren KERS-dən istifadə edirik, sistemin tətbiqi üçün böyük vəsaitlər xərcləmişik, amma həmişə deyirdik ki, azakeşlər başa düşməyəcəklər ki, niyə bəzi maşınlarda KERS var, bəzilərində yoxdur. Ona görə də daha məntiqi qərar hamının sistemdən imtina etməsidir.”

Komandalar belə bir qərar qəbul edə bilərlər – KERS-dən gələn il istifadə olunması reqlamentlə nəzərdə tutulub, amma məcburi deyil…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*