Yeni Mercedes şassisi krəş-testi keçib

Fransalı şərhçi Jan Lui Monse Auto Plus jurnalının saytındakı öz bloqunda bildirib ki, yeni Mercedes W02 şassisi uğurla krəş-testləri keçib. […]

Fransalı şərhçi Jan Lui Monse Auto Plus jurnalının saytındakı öz bloqunda bildirib ki, yeni Mercedes W02 şassisi uğurla krəş-testləri keçib. Beləliklə, Mercedes GP komandası Ferrari-dən sonra FİA-nın sertifikatını almış ikinci komanda olub.

Yeri gəlmişkən, bu hadisə komandanın sürücüsü Mixael Şumaherin ad gününə təsadüf edib, bu gün yeddiqat dünya çempionunun 42 yaşı tamam olur.

Monsenin bildirdiyinə görə, sabah Force İndia rəsmən heyətini açıqlayacaq: Adrian Sutilin komanda yoldaşı Pol di Resta olacaq, Niko Hülkenberq isə komandanın ehtiyat sürücüsü olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*