K.Ronaldu Maranellonu ziyarət edib

Əfsanəvi futbolçu Kriştianu Ronaldu, Maranelliya gələrək həm Karlos Saynsla, həm də Şarl Leklerlə görüşüb.

F-1.az bildirir ki, portuqaliyalı futbolçunun şərəfini qoruduğu Juventus komandası A seriyasının son turunda Milan-la qarşılaşıb və 0-3 hesabı ilə darmadağına məruz qalıb. Ferrari komandasının sürücüləri isə İspaniya yarışında 4 və 7-ci yerləri tutaraq, qənaətbəxş nəticə əldə ediblər.

Əfsanəvi Ronaldu əvvəlcə komandanın bazasını gəzib. Daha sonra isə Lekler və Saynsla görüşərək, onlara imzalı formasını hədiyyə edib.

Qeyd edək ki, Karlos Sayns Real Madrid komandasının azarkeşidir. Ronaldu da 9 mövsüm “Kral Klubu”nun şərəfini qorumuş və klubun ən böyük əfsanələrindən biri olmuşdu.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*