S.Fettel: Daha çox şəffaflıq olmalıdır

Karyerasını yenicə bitirən Sebastyan Fettel uzun müddət yarışdığı Formula1-də görmək istədiyi dəyişikliklərdən bəhs edib.

F-1.az xəbər verir ki, dördqat dünya çempionu idmanda şəffaflığın daha çox olmasını istəyir.

Sebastyan Fettel: “Düşünürəm ki, Formula 1-də daha çox şəffaflıq olmalıdır, çünki dünyada bu getdikcə daha çox tələb olunur. Formula1 lider idman növü olmalıdır, buna görə də daha çox şəffaflığa ehtiyac var. Güvən daha çox olmalıdır. Təkcə danışmaq yox, həm də vədləri yerinə yetirmək lazımdır.

Maşınlara gəlincə, mən onları yüngülləşdirərdim. Düşünürəm ki, bu, yarışı daha maraqlı edəcək. Əgər maşınlar yüngülləşsə, o zaman təkərlərlə bağlı problemimiz daha az olacaq. Yarışlar daha yorucu olsa da, maşınları idarə etmək daha maraqlı olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*