Epsilon Euskadi bəxtini bir daha sınayacaq

İspaniyanın Epsilon Euskadi komandası 2011-ci ildə Formula1 üzrə dünya çempionatında çıxış etmək hüququ verən seçim turunda iştirak edəcək. Bir il […]

İspaniyanın Epsilon Euskadi komandası 2011-ci ildə Formula1 üzrə dünya çempionatında çıxış etmək hüququ verən seçim turunda iştirak edəcək. Bir il əvvəl komandanın nümayəndələri paddoka düşməyə cəhd etmişdilər, amma FİA keçən il digər komandalara üstünlük vermişdi.

Deyilənlərə görə, ispaniyalılar FİA-nın seçdiyi dördlükdən US F1 komandasına aza uduzaraq seçimdən kənar qalmışdılar…

Xoan Villadelprat, komandanın başçısı: “İyun ayına bizdə hər şey hazır idi. Bizim büdcəmiz də var idi, ona görə də FİA-nın bizə imtina etmə səbəbləri hələ də bizə aydın deyil. Amma biz layihəni yenidən qaldırmışıq və indi keçən il bizi dəstəkləyənlərə əlaqələri canlandırmalıyıq. Əgər FİA bizə kifayət qədər vaxt versə, biz gələn il Formula1-in startına çıxa bilərik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*