11 Noyabr 2019, Bazar ertəsi - 23:32

McLaren Formula1-dən ayrılır?

McLaren Formula1-dən ayrılır?

Müəllif: Rauf Hacıyev, redaktor

18:18 - 25 Mart, 2019

McLaren komandasının rəhbəri Zek Braun bildirib ki, Formula1-in 2021-ci ildəki reqlamenti kommersiya cəhətdən ədalətli və məntiqli olmasa, idmandan ayrılacaqlar.

F-1.az bildirir ki, həftənin ikinci günü F1 Komissiyası və Strateji İşçi Qrup toplantı edəcək və komanda rəhbərləri 2021-ci ildəki texniki və idman reqlamentlərini müzakirə edəcəklər.

Zek Braun: “McLaren üçün iki şey lazımdır. Kommersiya tərəfi hər cəhətdən məntiqli və ədalətli olmalıdır. İkincisi də, mübarizə aparmaq mümkün olmalıdır. Əgər belə olmasa, Formula1-dəki gələcəyimizi nəzərdən keçirəcəyik. Bizim istədiyimiz bu deyil. İnsanlar burada rəqabətədavamlı yarış komandası görmək istəyirlər.

Gəlirin paylanması daha balanslı olmalıdır. Komanda tarixinə görə də əlavə pul verilməlidir. Hamımız Ferrari-nin tarixinə görə daha çox pul alması ilə razıyıq, amma bu səviyyədə olmamalıdır. O pul yarışlarda istifadə edilməməlidir. Formula1-də hegemonluqlar olub, ancaq mükəmməl Formula1-də hegemonluqlar olmamalıdır. Bir komanda ardıcıl iki dəfə çempion ola bilər, ancaq beş və ya altı dəfə olmamalıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 300
Teqlər ,
Paylaş

logo