O.Piastri: Stasionar traslarda cəza riski çoxdur

McLaren komandasının sürücüsü Oskar Piastri düşünür ki, stasionar traslarda cəza alma riski daha yüksəkdir.

F-1.az xatırladır ki, indiyə kimi 7 yarışın 5-i Səudiyə Ərəbistanı, Avstraliya, Azərbaycan, Mayami və Monako kimi şəhər tipli traslarda keçib. Ancaq debütant sürücülər Oskar Piastri və Nik de Friz bu traslarda çətinliklərlə üzləşsələr də, Barselona kimi ənənəvi trasda qismən yaxşı performans göstərdilər.

Oskar Piastri: “Stansionar traslarda maşına zərər vermə ehtimalınız az olur. Ancaq tras limitlərinə görə cəza alma riskiniz şəhər tipli traslardan çoxdur, çünki hamı çox dövrə vurur. Maşını çox limitlərdə sürmədən maksimumu tapa bilirsiniz. Buna görə də stasionar traslarda yarışmağın ayrı riski var. İspaniyadakı sıralanma turunda Monakoya nisbətən özümü daha rahat hiss etdim.

Son həftələrdə sıralanma turları mənim üçün yaxşı keçir. Buna görə də daha tez sürətlənmək üçün işləyirəm.

Kanadada yeni trasa çıxmağı səbirsizliklə gözləyirəm. Ora çətin trasdır və oranı öyrənmək əyləncəli olacaq. Trası təzə öyrənəcəyim üçün hazırda fərqli zehniyyətdəyəm. Kanada divarların yaxın olduğu şəhər tipli trasdır. Buna görə də diqqətli olmalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*