McLaren hansı rəngdə olacaq?

McLaren komandası Twitter hesabında video yayımlayaraq bolidin yeni rəngi barədə ipucu verib.

F-1.az xatırladır ki, britaniyalılar Ron Dennisin gedişindən sonra yeni bolidin rəngini narıncı-qara etmiş və azarkeşlər tərəfindən tənqidlərə məruz qalmışdılar. Amma Zek Braun bildirib ki, yeni bolid rənginə görə fərqlənəcək. Bəziləri iddia edir ki, MCL33 Papaya narıncısı rəngində olacaq. Xatırladaq ki, McLaren-in 2018-ci il bolidi fevralın 23-də təqdim ediləcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*