M.Mosli Bəhreyn yarışının əleyhinədir

Sabah Barselonada FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclası keçirilməlidir, iclasda bu mövsümdə Bəhreyn Qran Prisinin taleyi həll olunmalıdır. FİA-nın keçmiş […]

Sabah Barselonada FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclası keçirilməlidir, iclasda bu mövsümdə Bəhreyn Qran Prisinin taleyi həll olunmalıdır. FİA-nın keçmiş prezidenti Maks Mosli hesab edir ki, ölkədəki ciddi siyasi böhrandan sonra Formula1 yarışını keçirmək olmaz.

Maks Mosli: “Əgər bu gün mən prezident olsaydım, Formula1 Bəhreynə yalnız mənim meyidim üzərindən gedə bilərdi. Bu baş verməməlidir. Onlar yarışı keçirməklə sübut etmək istəyirlər ki, vəziyyət normallaşıb, ölkəni yaxşı tərəfdən reklam etmək istəyirlər, amma bu belə deyil. Əslində yerli hökumət Formula1-dən alət kimi istifadə etməklə öz rejimini bərkitmək istəyir.

Yalnız bir səbəb üzündən Formula1 Bəhreynə gedə bilər – siyasət. Məncə, bizi sponsorların da əks reaksiyası gözləyir, onların bir çoxu öz loqotiplərini maşınların üzərindən sökəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*