Ə.Nyuini təhlükəsizlik narahat edir

Komandaların əksəriyyəti McLaren mühəndislərinin hazırladıqları hava kanalını maşınlarına tətbiq etməyi planlaşdırırlar – xüsusi hava kanalı arxa antiqanadın effektliyini dəyişməklə düz […]

Komandaların əksəriyyəti McLaren mühəndislərinin hazırladıqları hava kanalını maşınlarına tətbiq etməyi planlaşdırırlar – xüsusi hava kanalı arxa antiqanadın effektliyini dəyişməklə düz yolda maşının sürətini artırır. Gazzetta dello Sport müsahibəsində Red Bull komandasının baş konstruktoru Ədrian Nyui belə bir elementin təhlüksəziliyindən şübhələndiyini söyləyib…

Ədrian Nyui: “McLaren maşınlarında qurulmuş hava kanalı maraqlı fikirdir, bu element mühəndis fikrinin inkişafına böyük istiqamətlər açır, amma məni belə bir elementin təhlükəsizliyi narahat edir. Sistem arxa antiqanadın yüklənməsini azaldır, sürücü maşının aerodinamik balansını birdən-birə dəyişir və bu təhlükəli ola bilər.

Bir çox maşınlar, o cümlədən bizim maşınlar, ikiqat diffuzordan effektiv istifadə üzərində qurulub. Təkmilləşmə tempi olduqca yüksəkdir və yeni elementlərin hazırlanması və tətbiqinin sürəti sizin uğur qazanmanız üçün həlledici faktordur. Biz də belə bir hava kanalı sistemi üzərində işləyirik, biz bilirik ki, kanal necə işləyir, amma bu kanalı bizim maşında effektiv işləməyə məcbur etmək çətindir. Biz belə bir sistemdən yarışda nə zaman istifadə edəcəyimizi bilmirik.

McLaren mühəndisləri maşını bu sistemin üzərində qurublar, digər komandalar isə müəyyən çətinliklərlə üzləşəcəklər – reqlament şassinin konstruksiyasını dəyişməyə icazə vermir, ona görə də hər bir yeniliyi, xüsusən də yeni hava kanalını bugünkü konfiqurasiyaya yeritmək çətindir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*