25 Avqust 2019, Bazar - 07:01

B.Ekklstoun: “Heç bir alternativ seriyadan söhbət gedə bilməz”

B.Ekklstoun: “Heç bir alternativ seriyadan söhbət gedə bilməz”

Müəllif: Elçin Zodorov, redaktor

12:23 - 28 Yanvar, 2017

Berni Ekklstoun vəzifəsindən getsə də, onun ətrafında gəzən söz-söhbətlər səngimək bilmir.

F-1.az xəbər vermişdi ki, Berninin başqa seriya qura biləcəyi barədə şayiələr gəzir. Berni Reuters-in müxbiri Alan Bolduinin bu barədə sualına cavabında şayiələri təkzib edib.

Berni Ekklstoun: “Mən 50 ilə yaxın Formula1-ə rəhbərlik etmişəm və bu ideya ona zərər vermək istəyəcəyim ən son şey ola bilər. İdmanın yeni sahibləri bir qədər fərqli şəkildə idarə edəcəklər. Mən isə həmişə öz qaydalarımla idarə etmişəm. Yeni rəhber Çeyz Kerinin imkanlarına sahib olmaq istəyərdim. Azarkeşlər onu qiymətləndirməlidirlər, çünki o, Formula1 üçün pul xərcləyəcək. İllərlə birlikdə işlədiyim insanlardan dəstək gördüyüm və mənə təşəkkür etdikləri üçün qürur duydum”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 480
Teqlər , , ,
Paylaş

logo