Ə.İrvayn da şərhçi olacaq

Dörd Qran Prinin qalibi və 1999-cu ilin vitse-çempionu Əddi İrvayn Britaniyanın talkSport stansiyasında LG Grand Prix Show radioproqramında aparıcılıq edəcək. […]

Dörd Qran Prinin qalibi və 1999-cu ilin vitse-çempionu Əddi İrvayn Britaniyanın talkSport stansiyasında LG Grand Prix Show radioproqramında aparıcılıq edəcək. Jurnalist Əndi Qoldsteynlə birlikdə İrvayn hər Formula1 mərhələsindən sonra trasda və kənarda baş vermiş hadisələri şərh edəcək.

Əddi İrvayn: “Mən artıq paddokun daimi sakinlərindən deyiləm, amma Formula1 əvvəlki kimi məni yarışlarla, sürücülərlə, onlar arasındakı münasibətlərlə özünə cəlb edir. Bizim şouda biz bütün detalları şərh etməyi və idmanı əvvəllər heç kimin görmədiyi prizmadan göstərmətyi planlaşdırırıq.

Bizim Əndi ilə komanda taktikamız olmayacaq. Çox ümid edirəm ki, onun müqaviləsində elə bir bənd yoxdur ki, həmişə sonuncu sözü o deməlidir. Lap belə bir bənd olsa da, bu başdan deyirəm ki, bizim işimizdə əmrlər işləmir, qələbə isə ən yaxşınındır.”

İrvayn Ирвайн 1993-2002-ci illərdə Jordan, Ferrari və Jaguar komandalarında çıxış etmiş, paddokda iti dili və sürücü kolleqaları ilə kəskin münasibətləri ilə yaddaşlarda qalıb. Ona görə də onun redioverilişlərinin tamaşaçı auiditoriyası toplamasına şübhə etmirik…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*