E.Bulye: “Honda 3 ildir idmandadır”

McLaren komandasının idman direktoru Erik Bulye testlərə pis başlanğıcdan sonra bildirib ki, Honda rəqiblərindən 3 il geridə qalır.

F-1.az xatırladır ki, Honda idmana 2015-ci ildə McLaren komandası ilə qayıdıb və hələ də podiuma yüksələ bilməyib. Xatırladaq ki, testlərin ilk iki günündə Honda mühərriyində problem yaşanmış və McLaren komandası lazımi qədər dövrələr vura bilməyib. Amma Britaniya təmsilçisi testlərin son iki günündə qənaətbəxş çıxış edib.

Erik Bulye: “Hazırda belə görünür ki, Honda çox iş görməlidir. Bunu gözləmirdik. Əminəm ki, onlar da belə düşünürlər.

Düzdür, keçən ilə nisbətən vəziyyətimiz yaxşıdır. Amma bu bizə bəs eləmir. Biz böyük komandayıq və böyük hədəflərimiz var. Ümid edirəm ki, Honda ilə yenidən ayağa qalxıb, ikinci testlərdə yaxşı nəticələr əldə edərik. Çoxlu dövrə vurmaq bolidləri və reqlamenti anlamağa kömək edəcək.

Formula1-də mühərrik istehsalçısısınızsa, ən yaxşılarla işləməlisiniz. Son 7 ildir bu işin içində olanlar belə çətinlik çəkə bilirlər. Honda isə cəmi 4 ildir ki, buradadır. Amma bu bəhanə deyil. Problemlər qısa müddət ərzində həll olunmalıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*