E.Bulye: “Alonso yeni mövsümə hazırdır”

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, Fernando Alonso yeni mövsümə ən yaxşı formada hazırlaşıb və özünü çox yaxşı hiss edir.

F-1.az xatırladır ki, yeni mövsümdən etibarən texniki reqlamentdə ciddi dəyişikliklər olacaq və təcrübəli sürücülərin bu yeniliklər zamanı üstünlük qazanacağı düşünülür.

Bulye bildirib ki, ispaniyalı sürücü fiziki cəhətdən yaxşı hazırlaşıb və uğur qazanmaq üçün hər şeyə sahibdir: “Fernando qışda tətil etməkdənsə, işlədi. Onu çox yaxşı görürəm. Çox motivasiyalıdır və böyük qələbələr qazanmağa hazırdır. Bundan əvvəl çox dəyişikliyə uyğunlaşıb və bu hal ona üstünlük qazandıracaq. Bolidimiz bu mövsüm əvvəlki illərə nisbətən güclü olacaq və Alonso bundan maksimum istifadə edəcək. Artıq bolidə minib, sürmək üçün çox səbirsizlənir. O nə istədiyini bilən sürücüdür. Ona güvənirik. Bu cür mövsümdə ondan yaxşı sürücü tapa bilmərsiniz.

Stoffel də Formula1-dəki ilk tam mövsümünü keçirməsinə baxmayaraq, özünü təcrübəli sürücülər kimi aparır. Özünü təkmilləşdirib və mübarizəyə hazırdır. İki yüksək səviyyəli sürücü ilə yeni mövsümə başlayacağıq. Buna görə də çox motivasıyalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*