17 İyun 2019, Bazar ertəsi - 16:58

E.Buye Renault-ya başçılıq edəcək

E.Buye Renault-ya başçılıq edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:52 - 19 Yanvar, 2010

Renault komandasının mətbuat xidməti rəsmən təsdiq edib ki, fransalı Erik Buye komandaya başçı təyin olunub, Bob Bell isə yenidən komandanın […]

Renault komandasının mətbuat xidməti rəsmən təsdiq edib ki, fransalı Erik Buye komandaya başçı təyin olunub, Bob Bell isə yenidən komandanın texniki direktoru olacaq. Buye Renault komandasının yeni həmsahibi Jerar Lopeslə çoxdan tanışdır və dünən komandada növbəti kadr dəyişikliyi barədə qərar qəbul olunub…

Erik Buye: “Mən fəxr edirəm ki, Renault F1 komandasına başçılıq edəcəm. Renault – avtoidmanda ən məşhur və uğurlu adlardan biridir, əsrin əvvəllərində komanda Formula1-in liderlərindən biri olub və mən əminəm ki, gərgin işimiz nəticəsində biz qələbəyə namizədlər sırasına qayıdacayıq.”

Buye komandaya ümumi rəhbərlik etməklə idman məsələlərini həll edəcək, Flavio Briatorenin komandadan qovulmasından sonra komandaya başçılıq etmiş Bob Bell isə texniki məsələlərlə məşğul olacaq. Milad bayramı ərəfəsində Belle jurnalistlərlə komandanın yaxın planlarından danışıb…

Bob Bell: “Bizim məqsədimiz komandanın yenidən qurmaq və 2011-ci ildə titul uğrunda mübarizə aparmaqdır. Bizim ümidlərimiz realdır, yəni 2010-cu ildə inqilab edəcək maşın qurmağa hazır deyilik – Formula1 çox rəqabətədavamlıdır, amma bu il biz ilk üçlükdə mübarizə aparmalıyıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 308
Teqlər
Paylaş

logo