E.Okon: Ən yaxşı nəticəni qazanmalıyıq

Alpine komandasının sürücüsü Esteban Okon Barselonadan çoxlu xal qazanmağı hədəfləyir.

F-1.az xatırladır ki, fransalı sürücü Monakoda keçirilən yarışda üçüncü olmuş və 2 ildən sonra ilk dəfə podiuma yüksəlmişdi.

Esteban Okon: “Monako doğrudan da əla keçdi. Orada podiuma yüksəlmək hər sürücünün xəyalıdır. Bunu bacarmaq əladır. Vəziyyəti hələ indi-indi anlayıram. Çox işlədik və bu nəticəyə inandıq. Ancaq önümüzdə hələ uzun yol var və eyforiyaya qapılmamalıyıq. İddialı hədəflərimiz var və bunlara çatmaq istəyirik.

İspaniyadan əvvəl dincəlmək və düşünmək üçün çox vaxtımız olmadı. Bundan sonra hər şeyi qaydasına qoymağı ümid edirik. Həmişə bilirdik ki, maşınımız güclüdür, amma mövsümün əvvəlində bəxtimiz gətirmədi. Mayami və Monakoda iki maşınımız da yaxşı tempdə gedərək, xallar qazandı.

Hazırda çempionatda lider komandalarla mübarizə apara bilmək üçün işləməliyik. Son yarışlarda gördük ki, yaxşı nəticələr qazana bilərik. Mövsüm uzundur və önümüzdə çoxlu yarışlar var. Hər həftəsonu mümkün olan ən yüksək xalı qazanmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*