D.Rikkardo: “Orta qrup əyləncəlidir”

Renault komandasının sürücüsü Daniel Rikkardo orta qrupda əyləndiyini deyib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Almaniyadakı sıralanma turunda 0.023 saniyə fərqlə son sessiyaya keçə bilməyib.

Daniel Rikkardo: “İkinci sessiyada trasa düzgün yerdə çıxmadıq və əsəbpozucu idi. Amma orta qrup çox sıxdır. 1.12.7 zaman nəticəsi ilə limitdə idik və nəticəmi saniyənin 1/10-i qədər təkmilləşdirsəm, son sessiyaya qala bilərdim. Nəticələr belə yaxın olduğu üçün əyləncəlidir. Amma daha yaxşı nəticə göstərə bilərdim.

Yağış yağsa, yaxşı olar. Yağmasa belə, problem yoxdur. Önümüzdə qarışıq qrup var. Əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*