D.Valsekki Melburn və Sepanqda T128-in sükanı arxasına oturacaq

Bir neçə gün əvvəl Team Lotus komandası qarşıdakı mövsümdə üç ehtiyat və test sürücüsünün adını açıqlayıb – Luis Razia ehtiyat […]

Bir neçə gün əvvəl Team Lotus komandası qarşıdakı mövsümdə üç ehtiyat və test sürücüsünün adını açıqlayıb – Luis Razia ehtiyat sürücü, Davide Valsekki birinci test sürücü, Rikardo Teşeyra isə ikinci test sürücü statuslarını alıblar.

Komanda cümə sərbəst yürüşlərində gənc sürücülərlə işləməyi planlaşdırırdı, amma bir çoxları hesab edirdilər ki, bu proqram əsas sürücülər yeni maşına öyrəşdikdən sonra, yəni Avropa yarışlarından başlayacaq. Amma bu gün məlum olub ki, Davide Valsekki artıq Melburnda sükan arxasında oturacaq – 24 yaşlı italiyalı sürücü Avstraliya və Malayziya Qran Prilərində cümə sərbəst yürüşlərində trasa çıxacaq.

Davide Valsekki: “Melburnda asan olmaycaq – mən bu trasla tanış deyiləm, amma Malayziyada öz potensialımı sübut etmək üçün əla şansım olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*