19 Oktyabr 2019, Şənbə - 13:40

R.Kubitsa: “Komanda bu podiuma layiqdir”

R.Kubitsa: “Komanda bu podiuma layiqdir”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:46 - 30 Mart, 2010

Albert Parkdakı yarışın ən başlıca sensasiyası Robert Kubitsanın podiumu olub. Polşalı sürücü “böyük dördlüyün” maşınlarından sürətdə geri qalsa da, Qran […]

Albert Parkdakı yarışın ən başlıca sensasiyası Robert Kubitsanın podiumu olub. Polşalı sürücü “böyük dördlüyün” maşınlarından sürətdə geri qalsa da, Qran Prini əla keçirib və finiş xəttini ikinci keçib. Renault-nun lideri əla start alıb, doqquzuncu yerdən dördüncü yerə yüksəlib, ilk pitindən sonra bir mövqe də qazanıb və Sebastyan Fettelin yarışdan kənar qalmasından sonra ikinci yerə yüksəlib.

Robert Kubitsa: “Avstraliyada əvvəlki yarışlarımda mənim bəxtim gətirmirdi, yarışların gedişində liderlik etsəm də finişə çata bilmirdim, amma düzünü deyim ki, bu dəfə ilk üçlükdə finişə ümid etmirdik – ona görə də bu həm mənim üçün, həm də Renault üçün əla nəticədir. Biz qışda gərgin işləmişik, mövsümöncəsi testlərdə çalışmışıq və mövsümün əvvəlində belə nəticəni yalnız arzulayırdıq. Ona görə də mən hamıya təşəkkür edirəm.

Biz realist olmalıyıq – təmiz sürətə qalsa, biz hələ podiuma namizəd deyilik. Biz hələ çox çalışmalıyıq – yalnız bu halda podiumlar bizim üçün adi olacaq.

Yarışın əvvəlində mən liderlərin tempini saxlaya bilmirdim, çünki bizim təkərlər işçi temperaturu gec yığırlar. Amma görəndə ki, Batton sliklərlə yaxşı nəticələr göstərir, biz də Massa ilə eyni zamanda pitə girdik. Mexaniklər fantastik iş gördülər və mən Felipeni qabaqlaya bildim, trasa isə Battonun düz arxasında çıxdım. Amma artıq qızmış təkərlərlə Censon çox sürətli idi, xüsusilə də düz yollarda.

Yarışın sonuna kimi mən hücumlar dəf edirdim, əvvəl Lyuis, sonra isə Felipe daim hücum edirdilər, amma mən ümid edirdim ki, sürətim mövqeyimi qorumağa kifayət edəcək.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 314
Teqlər
Paylaş

logo