L.Həmilton poul gözləmirmiş

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, İmolada poul gözləmirmiş.

F-1.az xatırladır ki, britaniyalı əfsanəvi sürücü İmolada rəqibi Peresi 0.035 saniyə qabaqlayaraq, karyerasının 99-cu poulunu əldə edib.

Lyuis Həmilton: “Red Bull-u qabaqlayacağımızı gözləmirdim. Bu həftə çox sürətlidirlər. Elə oldu ki, 0.6 saniyə öndə idilər. Ancaq bolidimiz ilk dəfə yaxşı işlədi. Fərqi azaltmaq üçün komanda əla işlədi və onlara minnətdaram.

Mübarizəni sevirəm. İki Red Bull-u qabaqladıq və bu, gözəldir. Bottasın geridə qalması strategiyanı çətinləşdirəcək. Red Bull dünən yarış tempində güclü idi. Lakin mənim bugünkü dövrəm təmiz və gözəl idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*