L.Həmilton: Hər şeyə hazırıq

Ştririya Qran Prisində poul qazanan Lyuis Həmilton bildirib ki, komanda olaraq hər şəraitə hazırdırlar.

F-1.az xatırladır ki, britaniyalı sürücü Red Bull Rinqdə ən yaxın rəqibi Ferstappenə 1.2 saniyə fərq ataraq, poul qazanıb.

Lyuis Həmilton:
“Çətin gün idi. Hava şəraiti hamımız üçün çətin idi və əksər hallarda yolu görmürdük. Axırdan ikinci dövrəmdə təhlükəli an yaşadım və qorxdum, ancaq sonrakı cəhdimdə nəticəmi yaxşılaşdırdım.

Belə hava şəraitində yarışmağı sevirəm. Bu cür havada Formula1 maşınında sürmək çox çətin olur. Dünən çətin idi. İkinci sessiyada problem yaşamışdıq, amma gecə yatmayıb problemləri həll etdik.

Bu gün hava açıq olsaydı, daha yaxşı nəticə qazanardıq. Sabah hava günəşli olacaq. Bütün hava şəraitlərinə hazırıq. Yarışa istədiyim yerdən başlayacam. Sıralanma turu əla keçdi və çox xoşbəxtəm. Səhv etmədim və pozitivəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*