18 Oktyabr 2019, Cümə - 11:34

Barselona testləri – 25-28 fevral

Barselona testləri – 25-28 fevral

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:20 - 28 Fevral, 2010

28 FEVRAL Buludlu. Quru. Güclü külək. Havanın temperaturu +10-18C, trasın temperaturu +12-25C Fevralın son günü dünya çempionatının iştirakçıları mövsümöncəsi testləri […]

28 FEVRAL

Buludlu. Quru. Güclü külək. Havanın temperaturu +10-18C, trasın temperaturu +12-25C

Fevralın son günü dünya çempionatının iştirakçıları mövsümöncəsi testləri başa vurublar. Bu il testlərə ayrılmış 15 gündən yalnız 8-i quru havada keçib – tam bir həftə yağışlı olub. Komandalar proqramlarını ixtisar və korrektə etməli olublar, ona görə də bəzi yeniliklər yalnız Bəhreyndə nümayiş olunacaq, mövsümün ilk yarışının cümə sərbəst yürüşləri testlərin davamı olacaq.

Bu gün Avropada çovğun, fırtına elan olunub, güclü külək Barselonadan yan ötməyib, amma külək buludları dağıtdığı üçün yağış yağmayıb. Komandaların böyük əksəriyyəti sıralanma turunu və yarışı imitasiya ediblər, digər komaandalar isə hələ də etibarlılıq problemləri üzərində işləyiblər. Rubens Barrikello iki dəfə marşalları qırmızı bayraqları dalğalandırmağa məcbur edib, Kamui Kobayaşi və Heykki Kovalaynen də ondan geri qalmayıblar. Felipe Massanın maşınında texniki problemlər üzə çıxıb, Virgin komandası hidravlik problemlər, Renault komandası isə ötürmələr qutusundakı problemlər üzündən günün yarısını boksda keçirməli olublar.

Yekun nəticələr isə olduqca sıx alınıb – demək olar ki, hamı az yanacaqla sıralanma turu rejimində işləyərkən fərqlənib və ilk səkkiz sürücü 0.4 saniyəyə yerləşiblər, ilk üçlüyü isə 0.07 saniyə sayırıb. Protokollara isə Lyuis Həmilton başçılıq edib – McLaren bu gün MP4-25-in sazlanmaları üzərində işləyib, səhər britaniyalı sürücü qısa dövrələr seriyası edib, nahardan sonra isə komanda yarışı imitasiya edib – Həmilton 22 dövrədən ibarət üç dövrələr seriyası edib.

bar-28-ueb
Red Bull bugünkü test proqramını sürücüləri arasında bölüb – səhər sükan arxasında Sebastyan Fettel işləyib, nahardan sonra isə onu Mark Uebber əvəz edib. Alman sürücü dünən başladığı proqramı başa vurub, avstraliyalı sürücü isə mövsümün ilk yarışı üçün sazlanmalar axtarışını həyata keçirib. Son protkolda Mark ikinci, Sebastyan isə beşinci yeri tutub.

bar-28-mas
Felipe Massa isə testlərin son günü üçüncü olub – səhər braziliyalı sürücü sıralanma turu üzərində işləyib, nahardan sonra isə yarışı imitasiya edib və təkərlərin uzun məsafədə davranışını qiymətləndirib.

Adrian Sutil Ferce İndia-nın sürətini protokollarda dördüncü yeri ilə sübut edib, alman sürücü digər həmyerlilərini – Fetteli və Mixael Şumaheri qabaqlayıb. Mixael də səhər sıralanma turunu, axşam isə yarışı imitasiya edib və 123 dövrə vurub. Rubens Barrikello və Kamui Kobayaşi də liderə 0.4 saniyə uduzublar və hər iki maşının mövsümdə sürpriz ola bilməsini bir daha xatırladıblar.

Sebastyen Buemi STR5-də bəzi aerodinamik yeniliklərin effektliyini yoxlayaraq 9-cu olub, Robert Kubitsa isə Renault R30-da problemlər üzündən proqramı dəyişməli olub. İki yeni komada isə yenə də protokollarda sonuncu yerləri tutub – Heykki Kovalaynen Lotus T127-nin sükanı araxsında 65, Lukas di Qrassi isə Virgin VR-01-in sükanı araxsında 47 dövrə vurub.

Bununla da testlər başa çatıb, növbəti dəfə komandaları bir yerdə trasda Bəhreyn Qran Prisinin cümə sərbəst yürüşlərində görəcəyik…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01L.HəmiltonMcLarenMercedes1:20.472134
02M.UebberRed BullRenault1:20.496+ 0:00.02459
03F.MassaFerrariFerrari1:20.539+ 0:00.067113
04A.SutilForce İndiaMercedes1:20.611+ 0:00.13999
05S.FettelRed BullRenaults1:20.667+ 0:00.19576
06M.ŞumaherMercedes GPMercedes1:20.745+ 0:00.273122
07R.BarrikelloWilliamsCosworth1:20.870+ 0:00.39883
08K.KobayaşiBMW SauberFerrari1:20.911+ 0:00.43967
09S.BuemiToro RossoFerrari1:22.135+ 0:01.66387
10R.KubitsaRenaultRenault1:23.175+ 0:02.703106
11H.KovalaynenLotusCosworth1:25.251+ 0:04.77965
12L.di QrassiVirginCosworth1:26.160+ 0:05.68847
27 FEVRAL

Buludlu. Gün ərzində qısamüddətli yağışlar. Havanın temperaturu +8-15C, trasın temperaturu +10-16C

İki günəşli gündən sonra Barselonada hava korlanıb. Səhər sürücülər quru asfalta çıxsalar da, bir saatdan sonra yağış başlayıb. Gün ərzində bir neçə dəfə qısamüddətli yağış yağıb, amma axşama yaxın tras qurumağa başlayıb. Səhər sessiyanı Censon Batton dayandırıb, bir qədər sonra isə Rubens Barrikello beşinci döngədə trasdan çıxıb. Nahardan sonra isə Niko Rosberq və Sebastyen Buemi problemlərlə üzləşiblər, sessiyanın sonunda isə Rubensin Williams-ı trasda donub.

Sabah mövsümöncəsi testlər başa çatacaq, ona görə də çempionat iştirakçıları nəm və qurumaqda olan trasda nəzərdə tutduqları proqramları yerinə yetirməli olublar – demək olar ki, hamı sıralanma turunu və yarışı imitasiya edib, yəni az yanacaqla qısa dövrələr seriyası ediblər.

bar-27-ros
Niko Rosberq səhər tezdən quru asfaltda sıralanma turunu imitasiya etdiyi üçün göstərdiyi nəticə gün ərzində ən yaxşı qalıb – komanda bildikdən sonra ki, hava düzəlməyəcək, proqramı dəyişib və uzun dövrələr seriyasına keçib, nəticədə Niko günün ən böyük məsafəsini qət edib – 128 dövrə.

bar-27-bue
Axşama yaxın tras quruduqca protkollarda sürücülərin yeri tez-tez dəyişib, amma yekun protokollarda ikinci sətri Toro Rosso sürücüsü Sebastyen Buemi tutub. Komanda dünənki proqramı davam etdirib – səhər sıralanma tutu imitasiya olunub və pit-stoplar məşq edilib, nahardan sonra isə yarış imitasiya olunub, isveçrəli sürücü 106 dövrəlik məsafə qət edib.

bar-27-bat
Yenidən sükan arxasına qayıtmış Censon Batton yağış üzündən yeni elementlərin effektliyini qiymətləndirə bilməyib, amma nahardan sonra dünya çempionu yarışı imitasiya edib, axşama yaxın isə qısa dövrələr seriyasına çıxıb və üçüncü nəticəni göstərə bilib. Sabah Lyuis Həmilton komandanın mövsümöncəsi testlərini başa vuracaq.

Bu gün Rubens Barrikello bir neçə dəfə problemlərlə üzləşsə də, mexaniklər operativ işləyiblər və braziliyalı sürücü 101 dövrə vura bilib, ən yaxşı nəticəsi isə dördüncü sətri tutmağa imkan verib. Felipe Massa Fernando Alonsonu F10-nun sükanı arxasında əvəz edib, nahardan sonra yarışı imitasiya edib və 115 dövrə vurub. Altıncı nəticə göstərmiş Vitaliy Petrov Renault R30-un sükanı araxsında mövsümöncəsi testlərini başa vurub, sabah Robert Kubitsa komandanın proqramını başa vurmalıdır.

Yarno Trulli Lotus T127-nin sükanı arxasında 102 dövrə vura bilib, amma Timo Qlok Virgin VR-01-in sükanı arxasında yenə də günün ən qısa məsafəsini qət edib – 31 dövrə.

Sabah testlər başa çatacaq…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01N.RosberqMercedes GPMercedes1:20.686128
02S.BuemiToro RossoFerrari1:21.413+ 0:00.727106
03C.BattonMcLarenMercedes1:21.450+ 0:00.764105
04N.HülkenberqWilliamsCosworth1:21.975+ 0:01.289101
05F.MassaFerrariFerrari1:22.344+ 0:01.658115
06V.PetrovRenaultRenault1:22.523+ 0:01.83768
07A.SutilForce İndiaMercedes1:22.606+ 0:01.92061
08S.FettelRed BullRenaults1:23.123+ 0:02.43751
09Y.TrulliLotusCosworth1:25.059+ 0:04.373102
10K.KobayaşiBMW SauberFerrari1:26.216+ 0:05.530105
11T.QlokVirginCosworth1:26.305+ 0:05.61931
26 FEVRAL

Günəşli. Quru. Havanın temperaturu +12-20C, trasın temperaturu +13-28C

Xeresdə yağışlı günlərdən sonra Barselonada quru və günəşli hava komandaların məhusldar işləməsinə şərait yaradıb. Bu gün Katalunya Montmelo avtodromunda asfalt örtüyün temperaturu +28 dərəcəyə çatıb. Dünən sürücülər Soft tərkibi ilə işləmişdilər, bu gün isə Bridgestone şirkəti komandalara Medium və SuperSoft tərkiblərini təqdim edib, qeyd edək ki, ən yumşaq tərkibli təkərləri komandalar ilk dəfə yoxlayıblar – Xeres testlərində bu təkərlər hələ hazır deyildi.

Bu gün asfalt örtüyünün xarakteristikası yaxşılaşıb, tozdan təmizlənib və işlənmiş rezinlə örütülüb, ona görə də nəticələr yaxşılaşıb. Komandalar maşının etibarlılığını yoxlayan proqramla işlərini davam etdiriblər, eyni zamanda bir çox yeni aerodinamik elementlər yoxlanılıb, az yanacaqla sıralanma turu rejimində işlə dolu yanacaqla startda iş arasında kompromis sazlanmaların axtarışı davam etdirilib.

Bir çox sürücülər bu gün mövsümöncəsi test proqramlarını başa vurublar və sabah onları komanda yoldaşları əvəz edəcəklər. Nahardan sonra sessiya iki dəfə qırmızı bayraqlarla dayandırılıb – Lotus komandası ikinci həftədir ki, hidravlik problemlərlə üzləşir, Sebastyan Fettelin və Fernando Alonsonun maşınları isə trasda dayanıblar.

bar-26-hulk
Formula1-in debütantı Niko Hülkenberq mövsümöncəsi testlərini günün ən yaxşı nəticəsi ilə başa vurub – Williams bir neçə yeni aerodinamik elementi yoxlayıb və uik-endin standart prosedurlarını imitasiya edib. Alman sürücü 99 dövrə vurub, sabah onu Rubens Barrikello əvəz edəcək.

bar-26-alo
Fernando Alonso ikinci sətri tutub və günün ən böyük məsafəsini qət edib – 134 dövrə. İspaniyalı sürücü yeni aerodinamik elementlərin qiymətləndirilməsi və sazlanmalar üzərində işləyib, günün ikinci yarısında isə yarışın imitasiyasını həyata keçirib. Sabah onu Felipe Massa əvəz edəcək…

Pedro de la Rosa mövsümöncəsi testləri şnbə sərbəst yürüşlərinin, sıralanma turunun və yarışın imtiasiyası ilə başa vurub. İspaniyalı sürücü üçüncü nəticə göstərib, C29-la heç bir problem yaranmayıb. Sabah və bazar güün sükan arxasında Kamui Kobayaşi oturacaq.

Yeni Red Bull maşını sürətli olsa da, demək olar ki, hər bir test günündə onu trasdan evakuasiya etmək lazım gəlir. Düzdür, problemlər nəzərəşarpan olmur və komanda hər gün nəzərdə tutduğu proqramı tam yerinə yetirə bilir, bu gün Sebastyan Fettel 125 dövrə vurub və uik-endin bütün hadisələrini imitasiya edib. Xayme Algersuari də yarışı imitasiya etməklə mövsümöncəsi testləri başa vurub.

Niko Rosberqi əvəz etmiş Mixael Şumaher uzun dövrələr seriyasında işləyib, optimal sazlanmaların axtarışını davam etdirib. Sabah Rosberq yenidən sükan arxasına qayıdacaq, Mixael isə bazar günü testləri baaş vuracaq. Lyuis Həmilton isə bu gün Censon Battonu əvəz edib və MP4-25-in sükanı arxasında 93 dövrə vurub. Vitaliy Petrovu əvəz etmiş Robert Kubitsanın Renault-sunda isə asılqan problemləri yaranıb, Yarno Trulli isə Lotus T127-nin sükanı arxasında 70 dövrə vura bilib. Protokollarda son sətri isə Timo Qlok tutub – alman sürücü yenə də günün ən qısa məsafəsini qət edib (52 dövrə).

Sabah testlər davam edəcək…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01N.HülkenberqWilliamsCosworth1:20.61499
02F.AlonsoFerrariFerrari1:20.637+ 0:00.023134
03P.de la RosaBMW SauberFerrari1:20.973+ 0:00.359114
04V.LiutsiForce İndiaMercedes1:21.056+ 0:00.44290
05S.FettelRed BullRenault1:21.258+ 0:00.644125
06X.AlgersuariToro RossoFerrari1:21.571+ 0:00.957104
07M.ŞumaherMercedes GPMercedes1:21.689+ 0:01.07585
08L.HəmiltonMcLarenMercedes1:22.152+ 0:01.53893
09R.KubitsaRenaultRenault1:24.912+ 0:04.29853
10Y.TrulliLotusCosworth1:25.524+ 0:04.91070
11T.QlokVirginCosworth1:25.942+ 0:05.32852
25 FEVRAL

Günəşli. Quru. Havanın temperaturu +10-20C, trasın temperaturu +12-24C

Mövsümün başlanmasına iki həftə qalmış çempionat iştirakçıları Barselonada sonuncu dördgünlük test seriyasına toplaşıblar. Keçən həftə ilə müqayisədə komandaların sayı dəyişməyib – on bir komanda dörd gün ərzində mövsümün ilk yarışına hazırlığı davam etdirəcək. Ona görə də bir çox komandalar Barselonaya maşının yeni versiyasını gətirib, amma Bəhreyndə də yeniliklər gözlənilir. Hava quru və günəşli olduğu üçün testlərin ilk günü komandalar məhsuldar işləyiblər və böyük məsafə qət ediblər.

Sessiya bir neçə dəfə qırmızı bayraqlarla dayandırılıb. Günün birinci yarısında Fayruz Fauzinin Lotus T127-də hidravlik problemlər yaranıb, bir qədər sonra Lukas di Qrassi başı bəlalı Virgin Racing VR-01-də qəzaya uğrayıb, nahardan sonra isə Mark Uebberin, Niko Rosberqin və Censon Battonun problemləri üzə çıxıb.

bar-25-ueb
Protokollara isə Mark Uebber başçılıq edib, o qısa dövrələr seriyasının birində 1:21.487 nəticə göstərib. Komanda uik-endin hadisələrini imitasiya edib, Mark cümə və şənbə sərbəst yürüşlərini, sıralanma turunu imitasiya edən rejimlərdə işləyib, nahardan sonra isə Mark dolu yanacaqla yarış məsafəsini problemsiz qət edib.

bar-25-hulk
İkinci sətri isə çempionatın debütantı Niko Hülkenberq tutub – gənc alman sürücü də sıralanma turu rejimində az yanacaqla işləyərkən fərqlənib.

bar-25-ros
Niko Rosberq isə üçüncü olub, amma liderə 1 saniyədən çox uduzub – sürücülər müxtəlif proqramlarla işləyiblər, hərçənd, Mercedes GP komandası da az yanacaqla sıralanma turunu imitasiya edib.

Pedro de la Rosa dördüncü olmaqla Sauber maşınının sürətli olmasını göstərib, o hətta dünya çempionu Censon Battonu qabaqlaya bilib. Batton aerodinamik və mexaniki sazlanmalar üzərində işləyib. Vitantonio Liutsi isə VJM03-ün sürətli olmasını sübut edib.

Fernando Alonso doğma azarkeşlərin önündə yeddinci olub. Ferrari testlərə 283 indeksli yeni F10 şassisini gətirib, amma elə ilk dövrələrdəcə elektronika ilə problemlər yaranıb, mühanədislər uzun müddət maşının üzərində işləməli olublar. Renault da bu gün problemlərlə üzləşib – hidravlik problemlər üzündən Vitaliy Petrov günün birinci yarısını bokslarda keçirməli olub. Günün ən böyük məsafəsini isə Xayme Algersuari qət edib (111 dövrə) – STR5 çox etibarlı alınıb.

Çempionatın iki yeni komandası isə yenə də son iki sətri tutub – Lukas di Qrassi isə yenə də cəmi 31 dövrəlik məsafə qət edib.

Sabah testlər davam edəcək…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01M.UebberRed BullRenault1:21.487109
02N.HülkenberqWilliamsCosworth1:22.407+ 0:00.92081
03N.RosberqMercedes GPMercedes1:22.514+ 0:01.027107
04P.de la RosaBMW SauberFerrari1:23.144+ 0:01.65773
05C.BattonMcLarenMercedes1:23.452+ 0:01.965100
06V.LiutsiForce İndiaMercedes1:24.064+ 0:02.57764
07F.AlonsoFerrariFerrari1:24.170+ 0:02.68374
08V.PetrovRenaultRenault1:24.173+ 0:02.68673
09X.AlgersuariToro RossoFerrari1:24.869+ 0:03.382111
10L.di QrassiVirginCosworth1:27.057+ 0:05.57031
11F.FauziLotusCosworth1:28.002+ 0:06.51576

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 409
Teqlər
Paylaş

logo