22 May 2019, Çərşənbə - 03:16

S.Buemi: “Mən ilk beşliyə ümid edirdim”

S.Buemi: “Mən ilk beşliyə ümid edirdim”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:12 - 19 Oktyabr, 2009

Braziliyada Sebastyen Buemi növbəti dəfə ilk səkkizliyə düşüb və iki xal toplayıb, amma sürücü və onun komandası etiraf ediblər ki, […]

Braziliyada Sebastyen Buemi növbəti dəfə ilk səkkizliyə düşüb və iki xal toplayıb, amma sürücü və onun komandası etiraf ediblər ki, bu uik-end daha yaxşı nəticəyə ümid edirlərmiş…

Sebastyen Buemi: “Yarış asan olmadı. Hər dövrədə hücum etməli idim, amma nəticədə Çin Qran Prisindən sonra ilk dəfə olaraq xal toplaya bildim – bu həm mənim üçün, həm də bu gün əla işləmiş komanda üçün yaxşı nəticədir.

Start çox gərgin alındı: birinci döngədə mən Kubitsa və Rosberqin arasına düşdüm və onlar, təəssüf ki, dərhal irəli çıxdılar. Hərçənd, yarışda biz istənilən halda sürətli deyildik – telemetriyaya baxıb səbəbini öyrənmək lazımdır.

Qarışıq hisslərim var: cümə sərbəst yürüşlərindən sonra mən ilk beşliyə düşməyə ümid edirdim, ona görə də bugünkü mövqeyim mənim ümidlərimi doğrultmadı. Səbirsizliklə Abu Dabi yarışını gözləyirəm – mövsümü yaxşı başa vurmaq lazımdır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 190
Teqlər
Paylaş

logo