11 Dekabr 2019, Çərşənbə - 09:52

Kanada Qran Prisi qayıdır?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:10 - 15 Avqust, 2009

AP agentliyinin verdiyi xəbərə görə, Monrealın meri Jerald Tremble bildirib ki, zəruri razılıqlar əldə olunub və gələn il Formula1 Jil […]

AP agentliyinin verdiyi xəbərə görə, Monrealın meri Jerald Tremble bildirib ki, zəruri razılıqlar əldə olunub və gələn il Formula1 Jil Vilnöv adına avtodroma qayıdacaq. Merin sözlərinə görə, Kanada Qran Prisinin tarixi və digər təfərrüatlar hələ müzakirə olunacaq…

Kanadanın Globe and Mail qəzeti bu yaxınlarda bildirmişdi ki, Formula1-in kommersiya başçısı Berni Ekklstouna onun CVC sərmayə fondundan olan tərəfdaşları təzyiq ediblər və Şimali Amerika yarışlarından heç olmasa birinin təqvimə qayıtmasına təkid ediblər…


Kanada Qran Prisi qayıdır?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:06 - 30 Mart, 2009

Monrealın Reseau des Sports kabel telekanalı bu gün xəbər yayıb ki, Kanada Qran Prisi gözlənilmədən payızda təqvimə qayıda bilər, buna […]

Monrealın Reseau des Sports kabel telekanalı bu gün xəbər yayıb ki, Kanada Qran Prisi gözlənilmədən payızda təqvimə qayıda bilər, buna səbəb Abu Dabi Qran Prisinin təşkilatçılarının müəyyən maliyyə çətinliklərilə üzləşmələridir.

Monrealın meri Jerald Tremble Montreal Gazette qəzetinin səhifələrində bildirib ki, belə şayiələr onu təəccübləndirir: “Biz Berni Ekklstounla Kanada Qran Prisinin 2010-2011-ci illərdə təqvimə qyaıtması imkanlarını müzakirə etmişdik. Əgər bu və ya digər səbəblər üzündən Formula1 bizdən yarış keçirməyi xahiş etsə, biz söhbətin yalnız 2009-cu ildən getməsini istəməzdik. Biz üzünmüddətli müqavilə bağlamaq istəyirik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 333
Teqlər
Paylaş

logo